EN

Çanaqqalada meşə yanğını səbəbindən aeroportun fəaliyyəti dayandırılıb » AzadMedia.az


Türkiyənin Çanaqqala şəhərində hava limanının qarşısındakı açıq ərazidə yanğın başlayıb.

Bu barədə "TRT "Haber" məlumat yayıb.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hadisə ilə əlaqədar olaraq aeroportun fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirib.

Qeyd olunub ki, Türkiyə saatı ilə 20:00-da (Bakı vaxt ilə 19:00) aeroportun fəaliyyəti bərpa ediləcək.

Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Hadisənin səbəbi məlum deyil.

“Haber Global”ın yaydığı məlumata əsasən, yanğınla əlaqədər üç kənd təxliyə olunub.

Çanakkale Onsekiz Mart Universietinin rektoru Cüneyt Erenoğlu yanğının miqyasının çox böyük olduğunu bildirib.

Məlumata görə, Çanaqqala boğazı da ikitərəfli bağlanıb.

Yanğının söndürülməsi üçün əraziyə səkkiz təyyarə, dörd helikopter, 46 sudaşıyan maşın və 272 nəfərlik şəxsi heyət cəlb olunub.
Chosen
40
40
azadmedia.az

10Sources