"Atletiko Madrid" klubu yeni transferini reallaşdırmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, söhbət 25 yaşlı hücumçu Giakomo Raspadoridən gedir. Futbolçu bu transfer üçün ona edilən digər təklifləri rədd edib.
Qeyd edək ki, bu transfer madridlilərə 22 milyon avroya başa gələcək. Müqavilədə 4 milyon avroluq, müxtəlif şərtlər daxilində bonuslar yer alacaq.