EN

Prezidentin Ağ Evdəki görüşləri canlı yayımlanacaq

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə görüşləri olacaq.

"Cebheinfo.az" xəbər verir ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 15:20-də (Bakı vaxtı ilə 23:20) nəzərdə tutulub.

Yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 00:00) ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.

ABŞ Prezidenti ötən gün “Truth” hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O həmçinin bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.

Azərbaycan Prezidentinin görüşlərini aşağıdakı keçidlərdən canlı izləmək olar:

https://youtube.com/@whitehouse?si=xPOdX0lCjaZzBAii

https://x.com/whitehouse

"Cebheinfo.az" 

Chosen
102
8
cebheinfo.az

10Sources