EN

Slovakiyada sifilisə yoluxma halları tarixi maksimuma çatıb

Slovakiyada sifilisə yoluxma halları tarixi maksimuma çatıb. Keçən il bu xəstəliklə bağlı 700-dən çox hadisə qeydə alınıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə Slovakiyanın “Markiza” telekanalı xəbəryayıb.

"2024-cü ildə Slovakiyada tarixin ən çox sifilisə yoluxma halı qeydə alınıb – 738. Bu, əvvəlki illərlə müqayisədə əhəmiyyətli artımdır", - məqalədə deyilir.

Telekanalın istinad etdiyi Milli Tibbi İnformasiya Mərkəzinin məlumatına görə, respublikada sifilislə xəstələnmə 2023-cü illə müqayisədə 3,4%, 2022-ci illə müqayisədə isə 66,6% artıb.

Mərkəz həmçinin sifilisə ən çox kişilərdə rast gəlinən statistikaya istinad edir ki, bu da bütün halların 73,3%-ni təşkil edir (738 nəfərdən 541).

QAZİLER.AZ

Chosen
68
qaziler.az

1Sources