Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə görüşləri olacaq.
Viral.az APA-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü yerli vaxtla saat Bakı vaxtı ilə 23:20-də nəzərdə tutulub.
Yerli vaxtla saat 4.00 (PM)-də (Bakı vaxtı ilə 00.00) ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.
Son Yazılar:
- Prezidentin Ağ Evdəki görüşləri canlı YAYIMLANACAQ
- Ağ Evdə tarixi görüşə son hazırlıqlar gedir
- Zəngəzur dəhlizi ilə 9 şirkət MARAQLANIB
ABŞ Prezidenti ötən gün “Truth” hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O, həmçinin, bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.
Azərbaycan Prezidentinin görüşlərini aşağıdakı linklərdən canlı izləmək olar: