"France Football" 2025-ci ilin “Qızıl Top” mükafatına namizədlərin 30-luq siyahısını açıqladı.
Ölkə.Az xəbər verir ki, ikinci il ardıcıl olaraq həmin siyahıda nə Lionel Messi, nə də Cristiano Ronaldo yer almayıb.
Lakin hər iki ulduz futbolçu tarixdə bu mükafata ən çox nominasiya (namizəd) alan oyunçular kimi qalır.
Rekord Kriştiano Ronaldoya məxsusdur — 18 nominasiya və 5 “Qızıl Top” mükafatı. Messi isə 16 nominasiya və 8 qalibiyyətlə ikinci yerdədir.
Paolo Maldini 13 nominasiya alıb, amma heç vaxt mükafatı qazana bilməyib. O, 1994 və 2003-cü illərdə 3-cü olub.
Yohan Kroyf və Karim Benzema isə 12 dəfə nominasiyaya layiq görülüb. Kroyf mükafatı 3 dəfə qazanıb, Benzema isə 1 dəfə.