EN

Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri açıqlanıb

18-20, 24 və 25 iyun tarixlərində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.Bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.

"Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılmış və bütün qiymətləndirmə vasitələri apellyasiya prosesi çərçivəsində təkrar yoxlanılmışdır. Nəticədə ibtidai sinif (rus bölməsi) üzrə 47-ci sırada təqdim edilmiş test tapşırığının şərtində xəta aşkar edilmişdir. Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi) üzrə isə 1, 42 və 49-cu sırada təqdim edilmiş test tapşırıqlarının iştirakçıların bilik və bacarıqlarının müəyyən edilməsi istiqamətində effektiv olmadığı təyin edilmişdir. Bu səbəbdən qeyd olunan test tapşırıqları üzrə nəticələr iştirakçıların xeyrinə nəzərə alınmaqla yenidən hesablanmışdır",- deyə məlumatda qeyd edilib.

Chosen
37
22
anews.az

10Sources