Türkiyənin nəqliyyat naziri ölkədə baş verən güclü meşə yanğınları səbəbindən Dardanel boğazının bağlandığını açıqlayıb.
Referans xəbər verir ki, yanğınlardan biri Çanaqqala vilayətinin Sarıcaəli yaşayış məntəqəsi yaxınlığında başlayıb.
Güclü küləyin təsiri ilə alov qısa müddətdə geniş əraziyə yayılıb. Yanğın təkcə meşə sahələrini deyil, həm də kənd təsərrüfatı torpaqlarını əhatə edib və yaşayış məntəqəsinə yaxınlaşıb.
Alovun qarşısını almaq üçün həm havadan, həm də qurudan intensiv yanğınsöndürmə işləri aparılır. Bölgəyə yayılan tüstü Dardanel boğazına qədər çatıb./Globalinfo.az