EN

Nar suyu ürək sağlamlığını gücləndirir

ABŞ-nin Kaliforniya Universitetinin (UCLA) Tibb Fakültəsində aparılan yeni araşdırma nar suyunun ürək-damar sağlamlığına təsiri ilə bağlı diqqətçəkən nəticələr ortaya qoyub.
 

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu “American Journal of Clinical Nutrition” jurnalında dərc olunub və təbii məhsulların profilaktik sağlamlıq strategiyalarında əhəmiyyətini bir daha vurğulayıb.

Tədqiqat göstərir ki, gündəlik nar suyu istehlakı damarların elastikliyini artırır, yüksək təzyiqi aşağı salır və infarkt riskini azaldır.

Araşdırma çərçivəsində 100 nəfər yüksək qan təzyiqindən əziyyət çəkən şəxs 12 həftə ərzində hər gün 1 stəkan (təxminən 250 ml) təbii nar suyu qəbul edib. Nəticədə iştirakçıların 85%-də təzyiq səviyyəsində nəzərəçarpacaq enmə müşahidə olunub. Eyni zamanda, nar suyunun antioksidant tərkibi sayəsində xolesterin səviyyəsinin də aşağı düşdüyü müəyyən edilib.

Tədqiqat rəhbəri professor Devid Heber bildirib ki, nar suyu polifenollarla zəngin olduğu üçün hüceyrələri zədələyən sərbəst radikallara qarşı effektiv müdafiə rolunu oynayır: "Nar suyu təkcə ürək-damar sistemi üçün deyil, ümumi immunitet və hüceyrə sağlamlığı üçün də vacib bir təbii vasitədir".

Nuriyyə NATİQQIZI

Chosen
21
redaktor.az

1Sources