İyulda qlobal taxıl qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,8 faiz azalaraq orta hesabla 106,5 bənd təşkil edib.
Bakues.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesbatında qeyd olunub.
Buğda və dənli bitki qiymətləri nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. Bunun əksinə olaraq, qarğıdalı və arpa qiymətlərində müəyyən artım müşahidə olunub.
Qiymətlərin aşağı düşməsində əsas rol oynayan amil Şimal yarımkürəsində davam edən qış buğdası yığımı olub. Bununla yanaşı, Şimali Amerikada yazlıq buğdanın məhsuldarlığının aşağı olacağı ilə bağlı narahatlıq qiymətlərin daha da ucuzlaşmasına mane olub.
Bundan əlavə, FAO-nun düyü qiymətləri indeksi də 1,8 faiz azalaraq geniş ixrac imkanları və zəif idxal tələbi fonunda aşağı düşüb.