EN

Çanaqqala boğazında gəmilərin hərəkəti DAYANDIRILDI

Türkiyənin Çanaqqala boğazında meşə yanğınları səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb.

Çanaqqala vilayətində baş verən meşə yanğınları ilə əlaqədar Çanaqqala boğazında yük daşımaları müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb”, - deyə məlumatda bildirilib.

İHA agentliyinin məlumatına görə, yanğınlardan biri Sarıcayeli qəsəbəsi ərazisində baş verib. Güclü küləyin təsiri altında alov qısa müddətdə kənd təsərrüfatı sahələri də daxil olmaqla geniş əraziyə keçərək qəsəbənin özünə də yaxınlaşıb. Yanğın yerdən və havadan söndürülür, ondan çıxan tüstü boğaza yayılıb.

Çanaqqala boğazı Egey dənizini Mərmərə dənizi ilə, Boğaziçi vasitəsilə isə Qara dənizlə birləşdirir.

Chosen
17
ucnoqta.az

1Sources