EN

Sərnişin avtobusu ilə yük maşını toqquşub, 1 nəfər yaralanıb

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,Əhməd Ü.-nün idarə etdiyi 38 AFP 054 dövlət nömrə nişanlı yük maşını Bursa-Ankara magistral yolunda hərəkət edərkən yolun sıxlığı səbəbindən sürəti azaldıb. Bu zaman arxadan gələn Mehmet B.-nin idarə etdiyi 31 ACZ 45 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin avtobusu yük maşınına çırpılıb.

Qəza nəticəsində sürücülər xəsarət almasa da, avtobusun xidmətçisi Emrah T. yaralanıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıya ilkin yardım göstərib və onu İnegöl Dövlət Xəstəxanasına aparıb.

Chosen
31
1
Ajans.az

2Sources