EN

Qaxda ağır QƏZA – Xəsarət alanlar var – FOTO

Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, hərəkətdə olan "Ford" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində avtomobillərdə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Səmayə Şıxəliyeva və Elçin adlı Qax rayon sakini xəsarət alıb. 


Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

Chosen
11
bizim.media

1Sources