"Neftçi" daha öncə transferini açıqladığı İqor Ribeyronu rəsmi olaraq təqdim edib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalayıb. O, yeni klubunda 5 nömrəli formanı geyinəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İ. Ribeyro artıq komanda ilə məşqlərə də qoşulub.
Qeyd edək ki, "Neftçi" braziliyalı futbolçudan başqa Sessi D’Almeyda, Luis Ortis, Elvin Bədəlov, Murad Xaçayev, İmad Faraj, Freddi Varqas, Cordan Rezabala, Kristian Kostin, Kenan Piriç, Alessio Kurçini də transfer edib.