EN

Azərbaycanın UEFA reytinqindəki mövqeyi AÇIQLANDI

Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

KONKRET.az xəbər verir ki, III təsnifat mərhələsinin ilk matçlarından sonra əmsalı 19.000-ə çatan Azərbaycan 28-ci yeri tutub. Qonşu pillələrdə olan Ukrayna (19.600) 27-ci, Rusiya isə (18.299) 29-cu sıradadır.

UEFA reytinqində İngiltərə (94.839) liderdir.

Qeyd edək ki, bu həftə Azərbaycan təmsilçilərindən “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində səfərdə “Şkendiya”nı (Şimali Makedoniya) məğlub edib – 1:0.

“Sabah” UEFA Konfrans Liqasının III təsnifat mçərhələsində Bolqarıstanın “Levski” klubuna 0:1 hesabı ilə uduzub.

“Araz-Naxçıvan” isə Bakıda Kiprin “Omoniya” komandasına böyük hesabla yenilib – 0:4.

Chosen
41
16
konkret.az

10Sources