EN

Putin özbək həmkarı ilə telefon danışığı apardı

BAKI, 8 avqust. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və özbək həmkarı Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Prezident Vladimir Putin ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ilə keçirilən görüşün nəticələrinə dair öz qiymətləndirmələrini bölüşüb.

Şavkat Mirziyoyev təqdim olunan məlumat üçün təşəkkürünü bildirib və Ukrayna ətrafında vəziyyətin siyasi-diplomatik yollarla tənzimlənməsi istiqamətində göstərilən səylərə dəstəyini ifadə edib.

Tərəflər, həmçinin Rusiya ilə Özbəkistan arasında əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Chosen
61
20
teleqraf.com

10Sources