EN

"Tarixi sənədlər imzalanır, yeni mərhələyə keçid başlayır" – İlyas Hüseynov - ÖZƏL

"ABŞ-də Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək görüşlər tarixi əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, bu görüşlər zamanı çox mühüm sənədlər imzalanacaq.
Burada ABŞ də sülhə töhfə verir. Azərbaycan və Ermənistan arasında üzücü, dağıdıcı və fəlakətlərə səbəb olan müharibələrə son qoyulur. Yeni bir səhifə açılır.  Bu isə, şübhəsiz ki, Prezident İlham Əliyevin həm Vətən müharibəsində, həm də lokal xarakterli antiterror tədbirlərindən sonra əldə etdiyi siyasi və diplomatik qələbəsidir". 

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, uzun sürən danışıqlardan sonra Azərbaycan öz maraqlarının tanınmasına nail oldu: 
"Regionda sülhü, sabitliyi və təhlükəsizliyi təmin etmək əsas prioritet hesab olunurdu. Uzun sürən danışıqlardan sonra Azərbaycan öz maraqlarının tanınmasına nail oldu. Tələblərimiz yerinə yetirilir və biz bir sıra tarixi proseslərin şahidi oluruq. Onlardan biri ATƏT-in Katibliyinə Azərbaycan və Ermənistanın birgə müraciətidir və bu, imzalanacaq birgə Bəyanatda öz əksini tapacaq. ATƏT konsensus əsasında fəaliyyət göstərsə də, ümid edirik ki, Minsk Qrupunun və onun institutlarının birdəfəlik ləğvi ilə bağlı tarixi qərar qəbul olunacaq. Bu, dövlətlərin böyük siyasi iradə nümayiş etdirməsi deməkdir.
Digər mühüm məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Azərbaycanın əsas tələblərindən biri - hüquqi zəmində ərazi iddialarına son qoyulmasıdır. Ermənistanda yayılan bəzi məlumatlara görə, bu dəyişikliklərin 2026-cı və ya 2027-ci ildə referendum yolu ilə həyata keçirilməsi planlaşdırılır. Beləliklə, Ermənistan Konstitusiyasının preambula hissəsində yer alan "Müstəqillik haqqında bəyannamə" dəyişəcək. Burada Qarabağın Ermənistanla birləşməsi fikirləri yer alır.  Bu Azərbaycan üçün tamamilə qəbuledilməz idi və sülh yolunda əsas şərtlərimizdən biri məhz bunun aradan qaldırılması idi. Bu şərtimizin də qəbul edildiyini görürük.
 Eyni zamanda digər tarixi uğurlar da var. Onlardan biri 907-ci düzəlişin ləğvidir. Bu müdafiə aktı illərlə Azərbaycana qarşı bir maneə rolunu oynayıb. 1992-ci ildə-torpaqlarımızın işğalı dövründə, guya Azərbaycanın Ermənistana  blokadaya alması ilə torpaqlarımızın işğalı dövründə qəbul olunmuşdur. Azərbaycanın antiterror koalisiyasına qoşulmasından sonra bu düzəlişin hüquqi qüvvəsi dayandırıldı.
Lakin Prezident Bayden və  Blinken tərəfindən bu düzəlişin hüquqi təsiri bərpa edildi. Amma Prezident İlham Əliyev bu sahədə də ədalətsizliyə son qoyaraq yeni bir tarix yazdı. Zəngəzur dəhlizi ilə bağlı da böyük bir tarixi nailiyyət əldə olunub. Yük maşınlarının, sərnişinlərin və avtomobillərin maneəsiz keçidinə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin təmin olunmasına dair yekun qərar qəbul edilib. Bu tarixi qələbələrdir. Azərbaycan xalqının 30 illik məhrumiyyət, işğal və itkilər dövründən sonra əldə etdiyi böyük siyasi uğurlardır. Bu münasibətlə də bütün xalqımızı ürəkdən təbrik etmək istəyirəm" . 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
olaylar.az

1Sources