"Qalatasaray" və "Komo" Alvaro Moratanın transferi barəsində razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, İstanbul nəhəngi bu keçiddən 5 milyon avro qazanacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, Morata məcbur satınalma şərti ilə birlikdə icarə əsasında "Komo"ya keçəcək. Onun müqavilə ilə məxsus olduğu "Milan" isə ispaniyalı hücumçudan 9 milyon avro gəlir əldə edəcək.

Təcrübəli futbolçunun "Qalatasaray" karyerası cəmi 6 ay çəkib. O, burada 16 oyunda 7 qol vurmağı bacarıb.