EN

“Çelsi”nin yeni “11 nömrəsi”

“Çelsi”nin yeni transferi Ceymi Gittens forma nömrəsini seçib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Vinger komandada 11 nömrəli formanı geyinəcək.

“Çelsi”də daha əvvəl bu formanı Didye Droqba, Dennis Uayz, Oskar, Pedro, Aleşandro Pato, Joao Feliks kimi oyunçular geyinib.

Gittens ötən mövsümdə “Borussiya”da (Dortmund) 49 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

Chosen
71
futbolpress.az

1Sources