EN

Novxanının bəzi ərazilərində işıq olmayacaq

Novxanı qəsəbəsinin bəzi ərazilərində təmir və gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 8 avqust tarixində 35 kV-luq hava xəttində təmir və gücləndirmə işləri aparılacaq.

Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

"Cebheinfo.az" 

Chosen
32
49
cebheinfo.az

10Sources