EN

İlin sonuna kimi Gəncədə innovasiya mərkəzi açılacaq

Bu ilin sonunda Gəncədə innovasiya mərkəzi açılacaq.

Day.Az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədir Fərid Osmanov "Yaşıl və rəqəmsal İpək yolu" adlı beynəlxalq akselerasiya proqramının açılışı mərasimində etdiyi çıxışda bildirib.

"Bizim hədəfimiz təkcə Bakıda yox, həm də bölgələrdə maddi və mənəvi planda, o cümlədən, belə akselerasiya proqramlarının vasitəsilə startap-ekosistemlərinin yaradılmasına dəstək olmaqdır", - deyə o bildirib.

F.Osmanov qeyd edib ki, qısa zamanda bu cür klaster Naxçıvan Dövlət Universitetində də yaradılacaq.

Chosen
57
2
day.az

3Sources