"Araz-Naxçıvan"ın Konfrans Liqasındakı rəqibi "Omoniya" heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, Kipr klubu son olaraq "Sumqayıt"da çıxış edən Momo Yansaneni heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yansane bu ilin yanvarında "Sumqayıt"a transfer olmuşdu. 28 yaşlı hücumçu "kimyaçılar"ın heyətində 15 oyuna çıxıb və 1 qol vurub.
Qeyd edək ki, "Omoniya" ilk matçda təmsilçimizi 4:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması avqustun 14-ü, Kiprin Nikosiya şəhərində oynanılacaq.