“Arsenal”dan azad agent kimi ayrılan Tomas Parti karyerasını İspaniya La Liqasında davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, Qana millisinin yarımmüdafiəçisi Tomas Partey İspaniyanın “Vilyarreal” klubuna transfer olunub. 31 yaşlı futbolçu ilə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Tomas Partey son olaraq İngiltərə Premyer Liqasının “Arsenal” klubunda çıxış edirdi. O, karyerası ərzində “Atletiko Madrid” və “Malyorka” kimi klubların da formasını geyinib.
Fərid Nəsibov