
Son günlər sosial şəbəkələrdə növbəti tədris ilindən 12 illik təhsilə keçidlə bağlı məlumatlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən APA-ya açıqlama verilib.
Bildirilib ki, növbəti tədris ilindən XII sinfin artırılacağı xəbəri həqiqəti əks etdirmir.
Qeyd olunub ki, prinsip etibarilə, Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir:
məktəbəhazırlıq mərhələsi (5 yaş);
ibtidai təhsil (I-IV siniflər);
ümumi orta təhsil (V-IX siniflər);
tam orta təhsil (X-XI siniflər).