EN

“Azeri Light”ın bugünkü qiyməti açıqlandı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,76 ABŞ dolları, yaxud 2,54 % azalaraq 67,66 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 69,42 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Chosen
85
27
demokrat.az

10Sources