2027-ci ilin sonuna qədər 2 GVt-a yaxın "yaşıl enerji" Azərbaycanın elektrik şəbəkəsinə ötürüləcək.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının açılış tədbirində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda "yaşıl enerji"dən istifadə üç əsas mərhələ nəzərdən keçirilir: "Birinci mərhələ ilə bağlı bütün zəruri işləri artıq başa çatırmışıq. Torpaq sahələri müəyyənləşdirilib, şəbəkə ilə bağlı problemlər öz həllini tapıb, müəyyən zəruri olan müqavilələr imzalanıb. Onlar sırf elmi təhlillərin yekunundur. Hesab edirik ki, 2 GVt-a yaxın yaşıl enerji 2027-ci ilin sonuna qədər Azərbaycan şəbəkəsinə ötürüləcək. İnkici mərhələ bu gün müzakirə edilən mövzu ilə birbaşa bağlıdır. Azərbaycanda böyük "yaşıl enerji" potensialı mövcuddur. Onu reallaşdırmaq lazımdır. "Yaşıl enerji" tələbatımızdan artıq olacaq və onun ixracı mühüm əhəmiyyət kəsb edir. Bu mənada ixrac potensialının, interkonektorların formalaşdırılması zəruridir. Bu istiqamətdə işləmək və lazımı nəticələri əldə etmək lazımdır. Bu gün artıq 4 interkonektor masa üzərindədir və onlarla bağlı bütün zəruri işlər həyata keçirilir. Bunların hər bir biri bu və ya digər formada bu günki akselerasiya proqramına aidiyyəti olan məsələlərdir. Biz artıq Rəqəmsal nkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə optik komponentlərlə bağlı birgə işlər aparırıq və orada çox böyük irəliləyişlər var".