EN

Lionel Messi 900 000 dollarlıq "Barbie" saatı ilə gündəm oldu

"İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi bahalı saatı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, futbolçu 900 000 dollarlıq (1 milyon 530 min AZN) nadir "Rolex Barbie" saatı ilə gündəm olub. 

Zinət əşyası 18 əyar sarı qızıldan hazırlanıb. Üzəri çəhrayı rəngli safir qaşlarla bəzədilib. 

Bu saat çox nadirdir hətta "Rolex"in kataloqunda belə yoxdur. 

Messi "İnter Mayami" klubundan ildə 50-60 milyon dollar (85 milyon - 102 milyon AZN) qazanır. 

Chosen
2
far.az

1Sources