Bakıda avtobus qəzası: ölən var
Ajans.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospekti, 46 ünvanında qeydə alınıb. 1994-cü il təvəllüdlü Taleh Xaliq oğlu Nəzərov idarə etdiyi 10 TF 992 dövlət qeydiyyat nişanlı avtobusla piyada, 1967-ci il təvəllüdlü Adilə Kamil qızı Həşimovanı vurub. Piyada xəstəxanaya çatdırılsa da, orada ölüb. Faktla bağlı cinayət işi başlanıb. 