EN

Bu il Cənubi Qafqaz Boru Kəməri gündəlik orta 62,4 milyon kubmetr qaz nəql edib

2025-ci ilin birinci yarısında bp və tərəfdaşları Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə əməliyyat və əsaslı xərclər barədə məlumat açıqlayıblar.

Bu barədə Finss.az bp-yə istinadən xəbər verir ki, bu dövrdə CQBK üzrə əməliyyat xərcləri təxminən 36 milyon ABŞ dolları, əsaslı xərclər isə 12 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat xərclərində 1,3 milyon dollar (3,5%) azalma, əsaslı xərclərdə isə 4 milyon dollar (50%) artım müşahidə edilib.

CQBK 2006-cı ilin sonlarında istifadəyə verilib və “Şahdəniz” qazını Azərbaycan, Gürcüstan və Türkiyə istiqamətində nəql edir. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) çərçivəsində kommersiya qazının Türkiyəyə nəqli 2018-ci ilin iyununda, Avropa bazarlarına isə 2020-ci ilin dekabrında başlayıb.

2025-ci ilin ilk altı ayında CQBK vasitəsilə ixrac üçün gündəlik orta ötürücülük gücü 62,4 milyon kubmetr təşkil edib.

Cənubi Qafqaz Boru Kəməri şirkətində pay bölgüsü belədir:

* bp – 29,99%
* Cənub Qaz Dəhlizi – 21,02%
* LUKOYL – 19,99%
* TPAO – 19,00%
* NİKO – 10,00%

Fuad Mədətov
Finss.az

Chosen
12
fins.az

1Sources