EN

Uşaqlarda omega 3 istifadəsinin önəmi

Omega 3 yağ turşuları uşaqların həm fiziki, həm də zehni inkişafında mühüm rol oynayır.


Pravda.az bildirir ki, hamiləlik dövründə ananın kifayət qədər omega 3 qəbul etməsi, doğumdan sonra isə uşağın ehtiyacının qarşılanması vacibdir.


Balıq, avokado, qoz, kətan toxumunda bol olan omega 3, həm qidalarla, həm də əlavə preparatlarla təmin edilə bilər.


Mütəxəssislərə görə, uşaqlarda omega 3 istifadəsi:


Fiziki inkişafı dəstəkləyir, boy artımına töhfə verir.

İştahı artırır, yemək problemi yaşayan uşaqlara fayda verir.

Bədəndə yağ yığılmasının qarşısını alır, sağlam çəki qorumağa kömək edir.

İmmuniteti gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır.

Beyin inkişafını dəstəkləyir, IQ səviyyəsini yüksəldə bilər.

Diqqət əskikliyi problemlərinə qarşı təsirlidir.

Akademik uğur şansını artırır.

Sümükləri möhkəmləndirir.

Ürək-damar sağlamlığını qorumağa kömək edir.


Araşdırmalar göstərir ki, erkən yaşlardan omega 3 ilə tanış olan uşaqlar həm sağlamlıq, həm də təhsil baxımından üstünlük qazana bilirlər.


Əminə Bayramova 

Tarix: 8 Avqust 2025, 09:36   
Chosen
9
pravda.az

1Sources