EN

Ağstafada qəza olub - Xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Kösgər kənd yolunda qeydə alınıb.

Hərəkətdə olan minik maşını yol kənarındakı daş lövhəyə çırpılıb.

Qəza zamanı 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
50
9
avtosfer.az

10Sources