EN

Həftədə üç porsiya kartof qızartması diabet riskini artırır

BAKI, 8 avqust. TELEQRAF

Həftədə üç porsiyadan çox kartof qızartması yemək 2-ci tip diabetin inkişaf riskini 20 faiz artırır.

Teleqraf xəbər verir ki, Harvard Universitetinin BMJ-də dərc olunmuş 40 illik tədqiqatının nəticələri bunu deyir.

Alimlər xroniki xəstəlikləri olmayan 205 000 amerikalı tibb işçisinin məlumatlarını təhlil ediblər. Kartofu başqa formada (qaynatma, sobada bişirmə) yeməyin diabetlə elə bir əlaqəsi ortaya çıxmayıb.

Tədqiqat rəhbəri professor Uolter Uillett deyib: "Digər bişirmə üsulları deyil, məhz kartof qızartması diabet riskin artmasına kömək edir. Kəpəkli Tam taxıl məhsullarına üstünlük verilərsə, kartof yeməkləri sağlam pəhrizin bir hissəsi ola bilər".

Chosen
87
teleqraf.com

1Sources