Amerikanın elektrik avtomobil istehsalçısı "Tesla" şirkəti "Dojo" superkompüterində işləyən komandanı ləğv edir.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Məlumata görə, layihə rəhbəri Piter Bannon şirkəti tərk edəcək. Onun komandasının ən azı 20 üzvü işdən çıxıb, qalan işçilər isə digər "Tesla" layihələrinə köçürülüb.
Bundan sonra şirkət öz texnoloji tərəfdaşlarına, o cümlədən Amerikanın "Nvidia" və "Advanced Micro Devices" şirkətlərinə, həmçinin Cənubi Koreyanın "Samsung Electronics" şirkətinə etibar etməyi planlaşdırır.