EN

“Araz Naxçıvan” uduzdu, “Sabah”dan heç-heçə  – YENİLƏNİB 

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, 2-ci mərhələdə “Aris”i (Yunanıstan) mübarizədən kənarlaşdıran (2:1, 2:2) təmsilçimiz Bakıda Kiprin “Omoniya” klubunu qəbul edib. Görüş Naxçıvan təmsilçisinin 0:4 hesablı qələbəsi ilə başa çatıb. 

“Sabah” isə Bolqarıstanda “Levski”nin (Sofiya) qonağı olub. Görüş qolsuz bərabərliklə sona çatıb – 0:0.

Cütün qalibi növbəti raundda AZ (Alkmar, Niderland) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçları avqustun 14-də baş tutacaq.

7 avqust

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları

20:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Omoniya” (Kipr) – 0:4 

Qollar: Loizu, 13, 22, Evandro, 55, Jovetiç, 58
Baş hakim: Ondrjey Berska (Çexiya)
Bakı. “Liv Bona Dea Arena”

22:00. “Levski” (Bolqarıstan) – “Sabah” (Azərbaycan) 0:0

Baş hakim: Duje Strukan (Xorvatiya).

Sofiya.”Georgi Asparuxov” stadionu.

Chosen
30
2
idmanxeber.az

8Sources