EN

Konfrans Liqası: “Araz-Naxçıvan” Kipr klubuna məğlub olub  

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” III təsnifat mərhələsində ilk oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Kiprin “Omoniya” kollektivini qəbul edib.

“Liv Bona Dea Arena”da keçirilən görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Loizos Loizu ( 2 qol), Evandro və Stefan Yovetiç vurublar.

Qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edib.

Komandalar arasında cavab görüşü avqustun 14-də Kiprdə təşkil olunacaq.

Chosen
59
3
azerbaijan-news.az

10Sources