
Müğənni və aktyor Özcan Deniz uzun müddətdir anası Kadriye Deniz, qardaşı Ercan Deniz və bacısı Yurda Güler ilə yaşadığı ailə münaqişələri ilə gündəmdədir. Bu ilin fevralında kalp spazmı keçirərək xəstəxanaya yerləşdirilmiş, anjiyo olunmuşdu.Son günlərdə isə Özcan Deniz qardaşı Ercan Deniz barəsində "Evimə gələrək məni və ailəmi ölümlə təhdid etdi" deyə ifadə verərək, ona qarşı məhkəmədən uzaqlaşdırma qərarı aldırmışdı. Ercan Deniz isə öz növbəsində, qardaşının ona "Sosial media və mətbuat vasitəsilə psixoloji zorakılıq etdiyini" iddia edərək, qarşılıqlı qoruma tələbi ilə məhkəməyə müraciət etmişdi. Məhkəmə isə hər iki tərəfə bir-birinə yaxınlaşmağı və ünsiyyət qurmağı qadağan etmişdi."ÇOX DARIXIRAM"Bir neçə gün əvvəl Ercan Deniz bir maqazin proqramına qatılıb. Ona "Özcanı darıxırsınızmı?" sualı verildikdə göz yaşlarına boğularaq cavab verib:“Çox darıxıram. Bizim qardaş-bacı kimi problemimiz yoxdur, sadəcə hüquqi baxımdan var. Ailəlikcə çox yoxsulluq çəkdik. Bəlkə də pulun dəyərini çox bildiyimiz üçün şüur kasadlığı yaşayırıq, bilmirəm”, – deyə danışıb.Ercan, ailədəki gərginliyə səbəb kimi bacıları Melek’i göstərərək deyib:“Bütün ailəni qarışdıran kiçik bacım Melek’dir. Özcanla razılaşma edib, bütün əmlakı öz tərəfinə keçirir.”Proqrama telefonla bağlanan anaları Kadriye Deniz isə deyib:“Biz xoşbəxt bir ailə idik. Bədbəxt Samar Özcanın beynini doldurur. Səni Allaha tapşırıram. Rəbbimə yalvarıram, iki oğlum bir araya gəlsin.”
Diqqət Çəkənlər
Tramp Rusiyaya qarşı sanksiyaları niyə tətbiq etmir?
200 işıq illik sirli ulduz beşiyi aşkarlandı
Uçuş dayanıb: "AJET"in Bakı–İstanbul reysi texniki problemlə üzləşdi