EN

Su xəttini çəkən zaman səkini qazıb yarasız hala saldılar...VİDEO

Səkini söküb çoxmərtəbəli yaşayış binası su çəkdilər, amma yenidən asfaltlamağı unutdular.

Xezerxeber.az xəbər verir ki, görüntülər Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsindəndir.

Məhəllədə  yaşayan sakinləri iddia edir ki,düz 6 ay əvvəl sözügedən ərazidə çoxmərtəbəli yaşayış binası istifadəyə verilib. Binaya su xəttinin çəklişi zamanı səki yarasız hala düşüb.

İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən bildirdi ki, qeyd olunan ünvanda yerləşən binanın su xətti sakinlərin çoxsaylı müraciətlərindən sonra Nərimanov Sukanal İdarəsi tərəfindən çəkilib.

Səkinin asfaltlanması xidmətin səlahiyyətində deyil. Bununla bağlı xidmət tərəfindən sakinlərə məlumat verilib. Sakinlər aidiyyatı dövlət qurumlarına müraciət etsinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
12
xezerxeber.az

1Sources