EN

Daha bir təyyarə qəzaya uğradı - 6 nəfər öldü

Keniyanın paytaxtında yüngül mühərrikli təyyarə yaşayış binalarına çırpılıb.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Keniyanın “The Star”  qəzeti məlumat yayıb. 

Məlumata görə, yüngül mühərrikli təyyarə Keniyanın paytaxtı Nayrobidə yaşayış massivində qəzaya uğrayıb. 

Qəza nəticəsində təyyarədə olan 4 sərnişin və yerdə olan 2 nəfər ölüb.

Hadisə yerinə gələn hərbçilər və polis ərazini mühasirəyə alıb və araşdırmalara başlayıb. 

 

Chosen
15
20
qafqazinfo.az

10Sources