EN

Morata "Qalatasaray"dan ayrılacaq

İcarə əsasında Türkiyə təmsilçisi "Qalatasaray"da çıxış edən Alvaro Morata klubdan ayrılmağa yaxındır.

Azreform.info xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb.

Müqavilə əsasında "Milan"a (İtaliya) məxsus olan ispaniyalı forvardın icarə sözləşməsinə xitam verilməsi ilə bağlı razılıq əldə olunub.

32 yaşlı hücumçunun karyerasını yenidən İtaliyada davam etdirməsi gözlənilir. O, yaxın günlərdə "Komo" klubu ilə anlaşa bilər.

Qeyd edək ki, A.Morata 2025-ci ildə "Qalatasaray"a keçib.

Chosen
44
6
azreform.info

7Sources