Basketbol üzrə U-18 yığmamızın üzvü Ela Nur Gökçöl əməliyyat olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Gökçöl bu yay Litvada baş tutmuş Avropa Çempionatında zədələnmişdi. Qızlardan ibarət U-18 milli komandamızın basketbolçusu Türkiyədə “Galatasaray” basketbol klubunun həkimi Sinan Üstündağ tərəfindən uğurlu diz əməliyyatı keçirib.