2025/2026-cı illər mövsümünə hazırlığı davam etdirən “Sumqayıt” və “Qəbələ” komandaları bu gün yoxlama oyunu keçiriblər.
Arena.az xəbər verir ki, sözügedən komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.
Məhsuldar keçən oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. “Gənclik şəhəri” təmsilçisinin qollarına Roi Kehat və Aleksandr Ramalinqom imza atıblar. “Qəbələ”nin heyətində isə Murad Musayev və İbrahim Sanqare fərqləniblər.
Xatırladaq ki, “Qəbələ” yay toplanışı çərçivəsində daha əvvəl “Şamaxı” (2:1), “Kəpəz” (2:0) və “Sumqayıt”la (1:0) qarşılaşmış və qalib gəlmişdi. “Gənclik şəhəri” təmsilçisi isə “İmişli” ilə 0:0 hesablı heç-heçə edib, “Kəpəz”ə qalib gəlmiş (2:1), “Şamaxı”ya uduzmuşdu – 0:1.