EN

İtaliyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

İtaliyanın Rusiyadakı müvəqqəti işlər vəkili C.Skopa ölkə mediasında “davam edən anti-Rusiya kampaniyası” və rəsmi Moskvanın İtaliya hökumətinin bəyanatlarını tənqid etməsinə Romanın qeyri-mütənasib reaksiyası səbəbindən Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

“7Times.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

Qeyd olunub ki, İtaliyanın aparıcı mediasının anti-Rusiya fəaliyyəti iki ölkə arasında münasibətlərdə böhranın daha da kəskinləşməsinə səbəb olur.

“Bu, ikitərəfli dialoqda tənəzzülə gətirib çıxarır və konstruktiv qarşılıqlı əlaqənin bərpasına mane olur”, – nazirlikdən vurğulanıb.

Chosen
42
7
7times.az

10Sources