EN

Səbrli ol, Strukan!

“Sabah” bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Levski”nin qonağı olacaq.

Masazır təmsilçisi Bolqarıstan səfərindən səfərli nəticə ilə qayıtmağa çalışacaq. Əlbəttə, buna rəqiblə yanaşı, hakimin yersiz və haqsız qərarları da mane ola bilər. Bu üzdən matçda söz sahibi olacaq referinin yetərincə təcrübəli olması vacibdi.
Bəs Duye Strukan arzulanan keyfiyyətlərə sahibdimi? “Football-plus.az” bu suala cavab axtardı.

Duye Strukan... 41 yaşlı xorvatiyalı karyerasına 2011-ci ildə start verib, 2017-ci ildən bəri FİFA referisi statusundadı. O, ölkəsinin əsas çempionatında idarə etdiyi 183 matçda 873 sarı, 37 qırmızı vərəqə göstərib. Beynəlxalq karyerasına gəlincə, indiyə qədər 17, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələ oyunlarını, həmçinin, Millətlər və Gənclər Liqasının matçlarını idarə edib. “Fit sahibi” avrokuboklarda bütün turnirlərin təsnifat mərhələsində iş başında olubsa, Konfrans və Avropa Liqasının əsas mərhələlərində şans qazanıb. O, ilk dəfə təmsilçilərimizdən birinin oyununda ədaləti qoruyacaq.

Ümumiyyətlə, Strukana karyerası ərzində 277 matç həvalə olunub. O, bu qarşılaşmalarda 1340 sarı, 65 qırmızı vərəqə göstərib. Görünür, bu ədalət təmsilçisinin əsəbləriylə oynamamaqda fayda var.

KƏNAN BAHADIR

Chosen
15
1
football-plus.az

2Sources