EN

Paytaxtda avtoyuma məntəqəsindən müştərinin maşınını qaçıran şəxslər saxlanılıblar (VİDEO)

Bakı. Trend:

Paytaxtın Nizami rayonunda sürücü polisə müraciət edərək yumaqməqsədilə avtoyuma məntəqəsinə verdiyi “Hyundai” markalıavtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığınıbildirib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü PolisŞöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarıştədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdəşübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Elşən Hüseynov və23 yaşlı Səyyad Mehdizadə saxlanılıblar.

"Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsindəçalışan E.Hüseynov və S.Mehdizadə yumaq üçün onlara həvalə olunannəqliyyat vasitəsini qaçıraraq əvvəlcə hissələrə ayırıb satmaqla“izi” itirməyə çalışıblar. Bu planları baş tutmadıqda isəavtomobili yol kənarında tərk edərək ərazidən uzaqlaşıblar.Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır",- deyə əlavə edilib.

Chosen
108
24
az.trend.az

10Sources