EN

Azərbaycan Prezidentinin ABŞ səfəri: münasibətlərdə yeni dönəm

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfəri rəsmi Bakının çox böyük diplomatik uğuru kimi qiymətləndirilir. Bununla, əlbəttə, razılaşmamaq mümkün deyil. Bu, Azərbaycanın ABŞ-la münasibətlərini yenidən canlandırmaq deməkdir.

Əvvəla, bu əməkdşlıq boş yerdə qurulmayıb; Prezident İlham Əliyev Prezident Donald Trampın birinci prezidentlik dövrünə istinad edir. Yəni daha əvvəl İlham Əliyev və Donald Tramp Azərbaycan-ABŞ münasibətləri üzərində birgə işləyiblər və müsbət nəticələr də qazanıblar. Ancaq Co Baydenin hakimiyyətə gəlişindən sonra bu münasibətlər, demək olar, sıfır səviyyəsinə düşmüşdü. Artıq Co Bayden dövrü sona çatıb, indi Ağ Evin sahibi Donald Trampdır və onun beynəlxalq məsələlərə tamamilə fərqli yanaşması var. Bu kontrkstdə Azərbaycan Prezidenti İlham Əliyev əlaqələrin nəinki bərpasını, hətta strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasını mümkün sayır; hər iki tərəfin buna maraq və iradə göstərdiyi nəzərəçarpacaq dərəcədə hiss olunur.

ABŞ-la münasibətlərin bərpasına və inkişafına yönəlmiş bu iradə də göstərir ki, tarixdə liderin, siyasətdə şəxsiyyətlərin rolu çox önəmlidir. ABŞ-ın əvvəlki və indiki prezidentlərinin - Co Baydenin və Donald Trampın Azərbaycana münasibətdə izlədikləri siyasət fərqli olub. Azərbaycanda bu gerçəyi də xüsusi olaraq vurğulayırlar: Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlar aparanda ABŞ prezidenti Donald Tramp idi. Ancaq, təbii ki, əsas faktor Azərbaycan ali rəhbərliyinin iradəsi və ordu gücünün düzgün tətbiqi idi.

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona indiki səfəri onun Prezident Trampla yüksək şəxsi insani və təbii ki, fəal siyasi kommunikasiyasının da uğurlu nəticədidir. Bunun detallarına çox da varmayacam. Prezidentlər arasında yazışmaları bu linkdən də izləyə, tanış ola bilərsiniz: https://azertag.az/xeber/azerbaycan_abs_munasibetleri_prezidentlerin_temaslarinda___tehlil-3688735

Bu yazışmalardan da göründüyü kimi, Azərbaycan və ABŞ liderləri arasında birincisi, şəxsi etimad, ikincisi, səmərəli siyasi dialoq var. Bu dialoq çərçivəsində iki ölkə arasında həm əvvəlki - ənənəvi sferalarda, həm də yeni çağırışlar üzrə əməkdaşlıq qurulur. Azərbaycanın yeni siyasi və təhlükəsizlik formatında öz yerini aldığı, öz enerji bazarını genişləndirdiyi, eyni zamanda rəqəmsal və yaşıl keçidə töhfə verdiyi aydın gerçəkdir. Bu gerçəklə barışanlar da var, "vuruşanlar" da. Ancaq bu gün Prezident İlham Əliyevin Vaşinqtonda yüksək təntənə ilə qarşılanması da yuxarıda dediyimiz gerçəyin birmənalı təsdiqidir. Azərbaycan artıq çoxqütblü dünyanın bir hissəsi, önəmli faktorlarından birinə çevrilib. Bu faktoru dünyanın nəhəng gücləri də nəzərə alır, qəbul edir. Bu günkü kimi...

Çünki daha əvvəl yazdığım kimi: "Biz nə doxsanların yoxsul və xaotik toplumuyuq, nə də ikiminlərin "neft xalqı". Biz iki min iyirmilərin qalib döyüş nizamıyıq..."

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
bizimyol.info

1Sources