EN

Yol təhlükəsizliyi həyatın məsuliyyətidir

“166” yükdaşıma olaraq inanırıq ki, yol təhlükəsizliyi təkcə bir şirkətin deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir. Bazarda ən böyük sürücü parklarından birinə sahib olan bir qurum kimi bizim üçün də yolda təhlükəsizliyi təmin etmək hüquqi və mənəvi öhdəlikdir.

Yay aylarında havaların həddindən artıq isti keçməsi sürücülərdə əlavə fiziki yüklənmə və diqqət azalması riski yaradır. Bu səbəbdən təhlükəsizlik tədbirlərimizi daha da gücləndirmiş, daxili nəzarət və təlim proseslərini bir daha aktivləşdirmişik.

Biz sürücülərimizə peşəkar və məsuliyyətli davranış prinsiplərini davamlı şəkildə aşılayır, onların fəaliyyətini real zamanlı izləmə sistemləri ilə nəzarətdə saxlayırıq. Yol hərəkəti qaydalarına riayət olunması bizim üçün əsas prioritetdir.

Bununla belə, biz inanırıq ki, təhlükəsiz yol mühiti yalnız bir tərəfin səyi ilə mümkün deyil. Hər bir yol iştirakçısı, istər sürücü, istər sərnişin, istərsə də piyada bu məsələdə rol oynamalıdır..

Bu çərçivədə ictimaiyyətə açıq çağırış edirik:

Əgər 166 şirkətinə məxsus avtomobillər tərəfindən təhlükəli manevrlər, sürət həddinin aşılması və ya digər qayda pozuntuları müşahidə etsəniz, “166” Qaynar Xətt ilə dərhal əlaqə saxlamağınız xahiş olunur. Geri bildirişləriniz bizim üçün dəyərlidir və dərhal araşdırılır.

“166” yükdaşıma olaraq yol təhlükəsizliyinə dair öhdəliyimizi davam etdirəcək, sürücülərimizin və ümumilikdə cəmiyyətin rifahı naminə məsuliyyətli yanaşmamızı daim qoruyacağıq.

Birlikdə daha təhlükəsiz yollar mümkündür.

Unutmayaq ki, yol təhlükəsizliyi insan həyatının təhlükəsizliyidir.

Chosen
43
1
qafqazinfo.az

2Sources