
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə Kremldə Birləşmiş Ərəb Əmirliklərinin lideri Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşün yekunlarına dair jurnalistlərlə söhbəti zamanı danışıb.
“Mən artıq dəfələrlə demişəm ki, ümumiyyətlə buna qarşı deyiləm, görüş mümkündür. Amma bunun üçün müəyyən şərait yaradılmalıdır. Təəssüf ki, biz hələ də belə şərait yaratmaqdan uzağıq”, - Putin deyib.