EN

"Vest Hem" hücumçusu ilə yollarını ayırdı

İngiltərənin "Vest Hem" klubu 10 il ərzində komandanın uğurlarına əhəmiyyətli töhfələr verən Maykl Antonionun komandadan ayrıldığını açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu müqaviləsi bu yaz başa çatıb və futbolçu yeni müqavilə imzalamamaq qərarına gəlib.

Qeyd edək ki, bu ilin əvvəlində Maykl Antonio avtomobil qəzasına düşmüşdü. 28 yaşlı hücumçu bərpa prosesini başa vurduqdan sonra "Vest Hem"in gənclər komandasının heyətində oyuna çıxıb.

Chosen
28
90deqiqe.az

1Sources