EN

“Yolumuz Qarabağa”: Qeydiyyatla bağlı problem yaranıb? RƏSMİ

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan xarici ölkə vətəndaşlarının Qarabağa səyahət edə bilməsi ilə bağlı verilən qərar insanlar tərəfindən müsbət qarşılanıb.

Lakin bəzi vətəndaşlar iddia edir ki, “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən qeydiyyat prosesi zamanı texniki problem yaşanır.

Bəs qərarın rəqəmsal platforma üzərində tam şəkildə icrası nə zaman təmin olunacaq?

Məsələ ilə bağlı “Cehbeinfo.az”-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən qeydiyyatdan keçərkən problem yaranmır:

“Hazırda qeydiyyat zamanı hər hansı bir çətinlik müşahidə edilmir”.

Gülər

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
cebheinfo.az

2Sources