EN

Böyük Britaniyaya qanunsuz keçən miqrantların deportasiyası başlayıb

La-Manş boğazını qanunsuz keçərək Böyük Britaniyaya daxil olan ilk miqrantlar London və Paris arasında əldə edilmiş yeni deportasiya razılaşması çərçivəsində saxlanılıblar.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, avqustun 6-da qüvvəyə minmiş pilot layihə çərçivəsində miqrantlar Dover limanında Böyük Britaniyanın Sərhəd Xidməti tərəfindən tutulublar.Bu ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasına görə, saxlanılan şəxslər immiqrasiya saxlama mərkəzlərinə yerləşdiriləcək və daha sonra Fransaya deportasiya olunacaqlar.Daxili işlər naziri İvet Kuper saxlanılanların dəqiq sayını açıqlamayıb, lakin onların deportasiyasına qarşı irəli sürüləcək mümkün hüquqi iddialara qarşı mübarizəyə hazır olduqlarını vurğulayıb.

Chosen
20
4
yeniazerbaycan.com

5Sources